Haqqımızda
Yüksək iş əmsalı ilə “İGA” MMC şirkəti 2007-ci ildən Azərbaycanda tikinti, quraşdırma, layihələndirmə və təchizat sektoru üzrə fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti əhəmiyyətli və mühüm sifarişləri yerinə yetirməkdir. “İGA” MMC bir çox sənaye və mülki obyektlərin projelərində iştirak edir.
Təbii olaraq, sifarişçi hansısa, bir tikinti işinə başlayan zaman düşüncələrində fərqli üslub, müasir, rahat, standartlara cavab verən obyektlər vizuallaşdırır. “İGA” MMC olaraq, biz bu gözləntiləri reallaşdırırıq. Bunun da bariz nümunəsidir ki, şirkətimiz daim müasir metodlarla, fərqli dizaynlarla yenilikçidir.
Import Group Az
QEYD: “İGA” MMC irimiqyaslı layihələrin əsas fazalarında iştirak etməklə, digər tikinti-quraşdırma şirkətləri arasında da peşəkar iş birliyi yaradır.
Biz sifarişçilərimizə mükəmməl xidmət göstərməklə yanaşı, onların istək və tələblərini də ön plana çəkirik. Sifarişçi təsəvvürlərinin daha yaxşı formalaşması üçün vizual həll yolları və peşəkar konsultasiya xidmətini tətbiq edirik. Bu da, təbii ki, öz növbəsində iş prinsipinə birbaşa təsir edir. “İGA” MMC şirkəti işlərin icrası zamanı keyfiyyət, sağlamlıq və təhlükəsizlik məsələlərini də daima nəzarətdə saxlayır. Müştəri məmnunluğunu nəzərə alan şirkət, işlərin bütün mərhələlərində sistemliyə və keyfiyyətə əsaslanır. Obyektlərin zərurətindən asılı olaraq, bəzi hallarda layihəmizə xarici memar və mühəndislər cəlb olunur.
Məlumat üçün bildirək ki, şirkətimiz bir çox dövlət tenderlərində iştirak edərək, uğurlu nəticələrə nail olmuşdur.