Yüksək iş əmsalı ilə “İGA” MMC şirkəti 2007-ci ildən Azərbaycanda tikinti, quraşdırma, layihələndirmə və təchizat sektoru üzrə fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti əhəmiyyətli və mühüm sifarişləri yerinə yetirməkdir. “İGA” MMC bir çox sənaye və mülki obyektlərin projelərində iştirak edir.
Təbii olaraq, sifarişçi hansısa, bir tikinti işinə başlayan zaman düşüncələrində fərqli üslub, müasir, rahat, standartlara cavab verən obyektlər vizuallaşdırır. “İGA” MMC olaraq, biz bu gözləntiləri reallaşdırırıq. Bunun da bariz nümunəsidir ki, şirkətimiz daim müasir metodlarla, fərqli dizaynlarla yenilikçidir.
Sizin müraciətiniz əsasında biz, ən əlverişli qiymətlə keyfiyyətli təmir və yüksək səviyyəli xidmət təqdim edəcəyik. “İGA” şirkəti fəaliyyət müddətində məsuliyyət, peşəkarlıq və hər bir müştəriyə fərdi yanaşmanı üstün tutur.
Kreativ yanaşma
“İGA” MMC öz peşəsinin mahir ustası olan memar və dizaynerləri sizin həyat tərzinizə, gözləntilərinizə, rahatlığınıza nail olmağınız məqsədi ilə ən mükəmməl, kreativ fikir və ideyalarını sizə təqdim etməyə hazırdır.
Profesional Komanda
Şirkətimiz peşəkar mütəxəssislərdən ibarət yüksək tələblərə cavab verən, operativ və mükəmməl iş bacarığına malik, müasir texnologiyalarla iş təcrübəsi olan kadr potensialına malikdir.
Beynəlxalq standartlar
Uğurlu fəaliyyətimizi təmin edən əsas amillərdən biri unikal layihələrin yüksək keyfiyyət göstəriciləri ilə, dünya standartları səviyyəsində nəzərdə tutulan müddətlərdə icra edilməsidir. İşlərimiz İSO 9001 və 45001standartlarına uyğun olaraq görülür.
Növbəti tikinti layihəniz üçün ən yaxşı tərəfdaş axtarırsınız?